Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə görüşüb.
E-huquq.az-ın məlumatına görə, bu səfir barədə öz "Twitter" səhifəsində yazıb.
"Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə məhsuldar görüş keçirilib. Biz ikitərəfli əlaqələrimizi müzakirə etdik və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", – deyə paylaşımda bildirilib.
