"Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır".
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
O vaxt maliyyə imkanlarımızın məhdud olduğunu, orduya lazımi qədər vəsaitin ayrılması mümkün olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.
