"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlara Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsi kimi baxılmalıdır"
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Ümumilikdə prosesin baş verməsini müsbət qiymətləndiririk. Bəzən danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr olur. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Bilirsiniz ki, sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Daha sonra bu danışıqlar beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla, bu yaxınlarda yenidən baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi ümumilikdə müsbət haldır, danışıqlar və nəticələri gözləməyə çox vaxt qalmayıb", – XİN başçısı qeyd edib.
Şəbnəm Mehdizadə
