"Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi və inkişafı üçün misilsiz xidmətlər göstərib".
E-huquq.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
"Heydər Əliyev və onun ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır. Azərbaycan xalqı bu gün böyük qürurla Ulu Öndərin əziz xatirəsini yad edir", – deyə o qeyd edib.
Şəbnəm Mehdizadə
