Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şirvanda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, İcra nümayəndəliyinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” mayın 11-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.