Məzmuna keç

Şöbə rəisi: “Yerli qaz sayğaclarından istifadə böyük fayda verəcək”

"İyun ayından etibarən "Azəriqaz" İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatı yerli istehsalın hesabına təmin olunacaq".

E-huquq.az xəbər verir ki, bu sözləri Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyasında deyib

Şöbə rəisi əlavə edib ki, sözügedən sayğacaların yoxlanışı aparılıb və hər hansı neqativ məqama rast gəlinməyib: “Bu sayğaclardan istifadə bizə fayda verəcək. İlk növbədə idxaldan asılılığı azaldacaq. Həmçinin ölkədən valyuta axınının kənara çıxmasının qarşısını alacaq. Bu sayğaclar yerli istehsal olduğu üçün yoxlamadan sonra dövriyəyə qaytarılacaq. Bu isə bizə qənaət etməyə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.

Şəbnəm Mehdizadə