Məzmuna keç

“Azəriqaz”dan sayğacların yoxlanışı ilə bağlı

“Məişət tipli qaz sayğaclarının dövriliyinin yoxlanma müddəti qanuna əsasən beş il təyin olunub. Beş il tamam olduqdan sonra sayğac çıxarılaraq dövlət yoxlamasına təqdim olunur”.

E-huquq.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların Tətbiqi, İdarə Olunması və Nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən "Açıq-qapı" aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, Birliyin il ərzində məişət tipli qaz sayğacına tələbatı 400-450 mindir: “Sayğacların dəyişilməsi dövri olaraq aparılan prosesdir. Bu günə kimi 20 faiz qaz sayğacını dövri yoxlama müddəti tamam olub. İlkin quraşdırmanı və əvəzetməni nəzərə alsaq, il ərzində bizim 400-450 min yeni məişət tipli sayğaca ehtiyacımız olur. Bu proses də dövri olaraq aparılır. Çünki nə qədər ki, təbii qazdan istifadə olunur, qaz satışı həyata keçirilir və ölçmə vasitəsi var, bu proses də davamlı olaraq həyata keçirilməlidir. Çünki sayğac ölçmə vasitəsidir və yoxlanışı mütləq qaydada aprılmalıdır.”.

Şəbnəm Mehdizadə