Məzmuna keç

“Açıq mikrofon” aksiyasında Neftçala sakinlərinin müraciətləri dinlənildi –

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Neftçala rayonunun sakinlərinin ixtiyarında olub.

E-huquq.az xəbər verir ki, aksiyada ümumilikdə 6 müraciət ünvanlanıb.

Sakinlər qaz sayğacının yenisi ilə əvəzlənməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və yeni yaşayış massivində məhəllənin qazlaşdırılması kimi müraciətlərlə çıxış ediblər.

Görüşdə səsləndirilən hər bir müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilib. Bəzi problemlər araşdırılması üçün qeydə alınıb.