Məzmuna keç

Ararat Mirzoyan və ABŞ rəsmisi Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə üzrə müavini vəzifəsini icra edən Derek Xoqan arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Tərəflər Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dair məsələləri müzakirə ediblər.