Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
E-huquq.az xəbər verir ki, öncə birgə foto çəkdirilib.
Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.
Qeyd edək ki, görüş 4 saata qədər davam edib.
***
15.32
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb.
E-huquq.az xəbər verir ki, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.
