Məzmuna keç

Biləsuvarda “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” bu dəfə Biləsuvar rayonunda təşkil olunub. Daha dəqiq desək, rayonun Köhnə Amankənd yaşayış massivində.

E-huquq.az xəbər verir ki, aksiyaya qatılan sakinlər Amankəndin köhnədən qalan probleminin həllini, yəni yaşayış massivinin qazlaşdırılmasını istəyiblər.

Mikrofon önündə bütün kəndin adından çıxış edən 5 sakinin tək istəyi SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.