Məzmuna keç

“Azəriqaz” daha 4 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

Birlikdən e-huquq.az-a verilən məlumata görə, növbəti həftə (22.05.2023 və 24-26.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 3-ci günü Şəki rayonunda (Əliyar kəndi), 4-cü günü Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü Zaqatala rayonunda (Mədəniyyət Evi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.