Məzmuna keç

Qarabağı yox sayan CHP sədrinə rəğmən bunu edəcəyik –

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəklərini açıqlayıb.

E-huquq.az xəbər verir ki, Ərdoğan bunu Sivasda xalq qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək.

"Yerköy stansiyamızdan Kayseriyə bir əlaqə xətti quracağıq. Bu xətti Ərzincana, Ərzuruma və Qarsa qədər uzadacağıq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. "Dəmir İpək Yolu" adlandırılan bu xəttlə biz regionumuzda dünya əhəmiyyətli strateji "nəfəs borusu" açacağıq", – deyə Ərdoğan qeyd edib.

O, CHP sədri Kamal Kılıçdaroğlunun Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edib.

"CHP sədri kimi bütün bunları Azərbaycanı kənarda qoymaqla deyil, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.