Məzmuna keç

Hərbi Administrasiya: “İşğalçılar Luqanskda mülki şəxsi edam edib”

"Luqansk vilayətinin Svatovski rayonunda rus işğalçıları açıq-aydın ukraynayönlü mövqeyə görə bir nəfəri edam ediblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri Artem Lısoqor deyib.

"İşğalçılar daim ukraynalıya daim təzyiq göstərir, onu sorğu-sual üçün sürükləyir və sındırmaq istəyirdilər. Lakin o, öz mövqeyini dəyişməyib", – Lısoqor bildirib.

"Sizi əmin edirəm ki, hər bir cəllad cəzalandırılacaq! Əgər onlar döyüş meydanında ölməsələr və qaça bilsələr, hər gün qorxu içində oyanacaqlar”, – deyə rəsmi qeyd edib.

Şəbnəm Mehdizadə