Məzmuna keç

Şəkidə “Açıq mikrofon” aksiyası keçirildi –

"Azəriqaz" İstehsalat Birliyimin "Səyyar qəbul otağı" mavi yanacaqdan sonuncu dəfə 1990-cı ildə istifadə edən Şəkinin Əliyar kəndində qurulub.

E-huquq.az xəbər verir ki, tədbiri çıxış sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra aksiyaya qatılan 30-a yaxın sakinin müraciətləri dinlənilib.

Adıçəkilən kəndin qaz təchizatı olmadığından səslənən istək və xahişlərin bir məqsədi Əliyar kəndinin qış aylarına kimi qazlaşdırılmasından ibarət olub.

Məsələ ilə bağlı kənd sakinlərinə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır.