Türkiyədə ötən il baş verən yol qəzalarının sayı 2021-ci ilə nisbətən 3,9 faiz artıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Statistikaya görə, 2022-ci ildə 1 milyon 232 min 957 yol qəzası olub. Bu qəzalardan 197 min 261-i ölüm və ya ağır xəsarətlə nəticələnib.
Yol qəzaarında ölənlərin sayı 2,5 faiz azalıb. Belə ki, ötən il qəzalarda 5 min 229 nəfər ölüb, 288 min 696 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə
