Məzmuna keç

İstanbulda ticarət mərkəzində yanğın başlayıb

Türkiyənin İstanbul şəhərində ticarət mərkəzlərinin birində yanğın başlayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstinyedə qeydə alınıb

Hazırda yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin ehtimala görə, yanğın ticarət mərkəzində təmir işləri aparılarkən meydana gəlib.

Şəbnəm Mehdizadə