Məzmuna keç

Ankarada sərnişin avtobusu yanıb, 5 nəfər xəsarət alıb

Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusu yük maşını ilə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Gölbaşı səmtində baş verən qəzada sərnişin avtobusu yanmağa başlayıb.

İçərisində 25 sərnişinin olduğu avtobusda 5 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Avtobus yararsız hala düşüb, yük maşınına isə ciddi ziyan dəyib.

Faktla ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə