"Rus işğalçılarının döyüşlərə cəlb etmək istədiyi məhbuslar fərarilik edir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, mayın 25-də təxminən 20-ə yaxın məhkum qaçıb: "Düşmən məhkumların hesabına Svatovo bölgəsindəki bölmələrindən birini gücləndirməyə ümid edirdi.. Lakin məhkumlar sürətləndirilmiş təlimdən sonra Rusiyanın "idealları" uğrunda cəbhədə ölmək istəməyiblər və oğurladıqları "KamAZ"la naməlum istiqamətdə gediblər. Hazırda onlarınyeri müəyyən edilməyib, axtarışlar davam etdirilir".
Şəbnəm Mehdizadə
