Türkiyənin paytaxtı Ankarada 2 yük maşını toqquşub.
E-huquq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Ankara-Konya yolunun 50-ci kilometrliyində, Bezirhane ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə təcili yardım və polis cəlb olunub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdrma aparılır.
Şəbnəm Mehdizadə
