Məzmuna keç

Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı 554 mini keçib

Türkiyədən ölkələrinə könüllü şəkildə qayıdan suriyalıların sayı 554 mini keçib.

E-huquq.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Barış bulağı” əməliyyatları ilə terrorçulardan təmizlənən Suriyadakı təhlükəsiz bölgələrə Türkiyədən qayıdanların sayı 554 min 609-a çatıb.

Suriyalıların sıx məskunlaşdığı 12 vilayətdə qurulan bürolarda “təhlükəsiz, könüllü və ləyaqətli qayıdış” prinsipi ilə köç prosesi həyata keçirilir.

Uzun illər Türkiyədə yaşamaq məcburiyyətində qalan suriyalılar Miqrasiya İdarəsinin Könüllü Geri Dönüş Bürosunda rəsmi prosedurlardan sonra ölkələrinə köçürlər.

Hazırda “Sülh çeşməsi” əməliyyatı ilə terror təşkilatlarından təmizlənən Tel Abyad ən təhlükəsiz bölgələrdən biridir. 4 ilə yaxındır ki, həyatın normallaşdığı rayona qayıdanların sayı 30 mini keçib.

Şəbnəm Mehdizadə