Məzmuna keç

Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər, Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Ucar Tanrı Vətənimizi qorusun!".