Məzmuna keç

Melitopol meri: “Ruslar şəhər yaxınlığında böyük səngərlər qazırlar”

"Müvəqqəti işğal olunmuş Melitopolun kənarında rus işğalçıları meşəni qırır, böyük səngərlər qazırlar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib.

"Xəndəklər o qədər böyükdür ki, həm düşmən texnikası, həm də kütləvi məzarları sığacaq", – o bildirib.

Eyni zamanda, son günlər melitopollular ağac gövdələri ilə yüklənmiş hərbi “KAMAZ” maşınlarının dolama yolu ilə Zaporojye cəbhə xəttinə doğru hərəkətini izləyirlər. Amma onlar əks istiqamətə də boş getmirlər – onlar əzilmiş hərbi texnikanı aparırlar", – Fedorov qeyd edib.

Şəbnəm Mehdizadə