Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda mikroavtobusla yük maşını toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.
Qəzaya səbəbindən magistral yolun Ankara istiqamətində hərəkət zolağı bağlanıb.
Şəbnəm Mehdizadə
