Məzmuna keç

ABŞ-da 4 yaşlı uşaq atasının silahı ilə özünü vurdu

ABŞ-ın Corciya ştatında 4 yaşlı qız atasının silahı ilə özünə atəş açıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, azyaşlı başından ağır yaralanıb.

Xəstəxanaya aparılan uşaq dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti ağır olaraq qalır.

Polis qızın atası Davion Danielsi nəzarət götürüb.

Şəbnəm Mehdizadə