Məzmuna keç

“Açıq mikrofon” aksiyası həftəlik işinə Zərdab rayonunda başladı – FOTO

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.

E-huquq.az xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.

2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.