Məzmuna keç

İki maşının toqquşması nəticəsində 5 nəfər yaralandı

Türkiyənin Ərzurum şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə 5 nəfər ağır xəsarət alıb. Yaralılar dərhal xəstəxanalara çatdırılıb.

Hadisə yerinə polis, təcilli tibbi yardım birqadaları və yanğınsöndürənlər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə