Türkiyənin Çorum şəhərində 13 nəfər göbələkdən zəhərlənib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, meşədən toplanan göbələkləri yedikdən sonra həmin şəxslər özlərini pis hiss etməyə başlayıb.
Zərərçəkmişlər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Şəbnəm Mehdizadə
