Suriyanın şimalında daha bir PKK/YPG terrorçusu təslim olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Aparılan əməliyyatlar nəticəsində PKK/YPG terrorçuları təslim olmağa davam edir. Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyat bölgəsində daha 1 terrorçu komandolarımıza təslim olub" – deyə məlumatda bildirilib.
Şəbnəm Mehdizadə
