Məzmuna keç

Ukrayna Müdafiə Nazirliyindən Kaxovka SES-dəki hadisə ilə bağlı açıqlama

Ukrayna Müdafiə Nazirliyi Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasının Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə təsir edib-etmədiyinə aydınlıq gətirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, müdafiə nazirinin müavini Anna Malyar bu barədə açıqlama verib.

"Səhər saatlarında bu fəlakətin silahlı qüvvələrimizin mövqelərinə təsir edib-etməməsi ilə bağlı iclas keçirilib. Bu gündən etibarən hər şey plan üzrə gedir", – o bildirib.

Nazir müavini Ukraynanın cənubunda rus qoşunlarının müdafiəyə keçdiyini vurğulayıb: "Haradasa müəyyən irəliləyiş var. Amma dinamika daim dəyişir. Hər iki tərəf mütəmadi olaraq bir az bir istiqamətə, sonra digər istiqamətə gedir. Hər hansı bir nəticədən danışmaq hələ tezdir. Yerli əhəmiyyətli döyüşlər gedir".

Şəbnəm Mehdizadə