Məzmuna keç

Ceyhun Bayramov ATƏT ölkələrinin dəyirmi masasında iştirak etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, – paylaşımda qeyd olunub.