Məzmuna keç

ABŞ-da məktəbdə atışma olub, 2 nəfər ölüb

ABŞ-nin Virciniya ştatının paytaxtı Riçmond şəhərində orta məktəblərin birində silahlı insident baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı silahlı şəxs məktəbdə keçirilən buraxılış mərasiminin iştirakçılarına atəş açıb.

Hadisə zamanı 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücum edən şəxs saxlanılıb.

Şəbnəm Mehdizadə