Məzmuna keç

Haitidə daşqınlarda ölənlərin sayı 51-ə çatıb

Haitidə güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 51-ə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi (DPC) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 140 nəfər yaralanıb, 18 nəfər isə itkin düşüb.

820 evin tamamilə dağıldığı, 31 min 591 evin su altında qaldığı, 40 min ailənin təxliyə edildiyi bildirilir.

DPC-dən verilən açıqlamaya görə, ölkənin qərb hissəsi daşqından ciddi zərər çəkib. Bölgədə sığınacaq, qida, gigiyenik məhsullara və təmiz suya ehtiyacı var.

Baş nazir Ariel Henri yardımların göstərilməsi üçün təcili addımların atıldığını bəyan edib.

Şəbnəm Mehdizadə