Türkiyədə FETÖ terror təşkilatının məsul şəxsi Bilal Bilgə saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, 6 ildir axtarışda olan və ünvanı müəyyən edilə bilməyən şübhəli İstanbul şəhərində saxlanılıb.
B.Bilgənin əvvəlcə terror təşkilatının Ankara Balqat üzvlərinə görə məsuliyyət daşıdığı, daha sonra isə təşkilat daxilində yüksələrək “Ankara-Çankaya məmuru” adlandırılan şəxsə çevrildiyi müəyyən edilib.
Onun təşkilat adına pul yığdığı da müəyyən edilib.
Qeyd edək ki, Bilal Bilgə haqqında Ankara Məhkəməsi tərəfindən 2017-ci ildə həbs qərarı çıxarılıb.
Şəbnəm Mehdizadə
