Məzmuna keç

İŞİD Əfqanıstandakı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror təşkilatı ötən gün Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətində baş verən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

E-huquq.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə terror təşkilatının sosial media səhifəsində açıqlama verilib.

Qeyd edək ki, Bədəxşan əyalətində avtomobilə qoyulmuş bombanın partladılması nəticəsində çoxlu sayda insan ölüb. Ölənlər arasında əyalət valisinin köməkçisi Mövləvi Nisar Əhməd Əhmədi də olub.

Xatırladaq ki, martın 9-da Əfqanıstanın şimalında Belh vilayətinin binasına terror hücumunda "Taliban" müvəqqəti hökumətinin valisi Məhəmməd Davud Muzemmil həlak olmuşdu.

Şəbnəm Mehdizadə