"Ukraynanın Zaporojye vilayətində rusların işğal etdiyi iki yaşayış məntəqəsində partlayış səsləri eşidilib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib.
Onun sözlərinə görə, Mirnoye kəndində və Tokmak şəhərində partlayış səsləri eşidilib.
"Melitopol rayonunun Mirnoye kəndinin sakinləri işğalçılar tərəfindən ələ keçirilən hərbi hissənin yaxınlığında güclü partlayışın baş verdiyini bildirirlər. Ruslar "dəqiq hava hücumundan müdafiəni" işə salmağa çalışsalar da, çox gecikdilər", – Fedorov bildirib.
Melitopol meri Tokmak şəhərində yerli sakinlər azı 6 partlayış barədə məlumat verdiyini qeyd edib.
Şəbnəm Mehdizadə
