Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasındakı münaqişə səbəbindən 100 min cənubi sudanlı öz ölkələrinə qayıtmalı olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Əməliyyatlar üzrə Ali Komissarının müavini Raouf Mazou "Twitter" hesabında bildirib.
"Renk və Malakalda keçən ailələrlə tanış oldum. İndi onlar gəldikləri yerə qayıtmaq və gələcəklərini yenidən qurmaq istəyirlər", o deyib.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində ölənlərin sayı 900-ə çatıb. 5 500-dən çox mülki şəxsin yaralandığı bildirilir. Tərəflər sonuncu dəfə mayın 29-da mövcud atəşkəsi daha 5 gün uzadıblar.
Şəbnəm Mehdizadə
