Türkiyənin təlim təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Atatürk Hava Limanından Nevşehirə getmək üçün havaya qalxan özəl şirkətə məxsus təlim təyyarəsi mühərrikində nasazlıq nəticəsində Aksarayın Ortaköy səmtində qəzaya uğrayıb.
Hadisə nəticəsində iki pilot xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Aksaray valisi Həmzə Aydoğdu pilotların səhhətinin yaxşı olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
