Məzmuna keç

Türkiyədə seldə itən 2 nəfərin cəsədi tapıldı

Türkiyənin Amasya şəhərində seldə itkin düşən 2 nəfərin cəsədi tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, su altında qalan avtomobildə olan 3 nəfərdən birinin həyatını xilas etmək mümkün olub.

F.Koca bədbəxt hadisə nəticəsində həyatını itirən vətəndaşların yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə