Məzmuna keç

Xersonun Qolaya Pristan şəhəri su altında qalıb –

Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində Ukraynanın Xerson vilayətinin Qolaya Pristan şəhəri su altında qalıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hadisə yerindən şahidlər məlumat verib.

Yerli əhalinin sözlərinə görə, ruslar heç bir təxliyə təşkil etməyiblər. Üstəlik, insanların şəhərdən kənara çıxmasına icazə verilmir.

Məlumata görə, suyun səviyyəsi qalxmaqda davam edir.

"İnsanları xilas etmək üçün qayıqla çıxmağı qadağan edirlər. Bəzilər qocalar evdə ölür", – sakinlər bildirib.

Şəbnəm Mehdizadə