Məzmuna keç

Səudiyyə Ərəbistanı Sudanda səfirlik binasına hücumu pisləyib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Sudanda bəzi silahlı qrupların səfirlik binalarına hücum etməsini kəskin şəkildə pisləyib.

E-huquq.az bu barədə xarici mətbuata istinadən xəbər verir ki, XİN bu barədə yazılı bəyanat yayıb.

Diplomatik nümayəndəliklərə qarşı hər cür zorakılığın qəbuledilməz olduğunun vurğulandığı bəyanatda, Sudan xalqı üçün təhlükəsizlik və sabitliyin bərpasına mane olan silahlı qruplara qarşı durmağın vacibliyi qeyd olunub.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (HDK) arasında qarşıdurmalar təxminən iki aydır davam edir. Xüsusilə paytaxt Xartumdakı diplomatik nümayəndəliklərə qarşı hücumlar həyata keçirilir. Qətər, İordaniya və Liviya kimi ölkələrin səfirlikləri hücuma məruz qalıb.

Şəbnəm Mehdizadə