Yunanıstandan və Suriyadan qanunsuz yollarla Türkiyəyə keçməyə cəhd edən 3 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada qanunsuz sərhəd keçmə hallarına qarşı mübarizənin davam etdiyi bildirilib
“Sərhədlərimizin təhlükəsizliyi üçün qəhrəmanca borcunu yerinə yetirən hərbçilərimiz Yunanıstandan zorla ölkəmizə göndərilməyə cəhd edilən 2, Suriyadan isə qanunsuz yolla ölkəmizə keçməyə cəhd edən 1 nəfəri yaxalayıb. Araşdırma nəticəsində həmin şəxslərdən ikisinin PYD/YPG, birinin isə FETÖ terror təşkilatı üzvü olduğu müəyyənləşib”, – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
