Məzmuna keç

Ukrayna Silahlı Qüvvələri: “Kaxovka SES-dəki hadisə mövqelərimizə minimal ziyan vurub”

"Kaxovka SES-in bəndinin partladılması Ukrayna hərbçilərinin mövqelərinə minimal ziyan vurub".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk telemarafonun efirində deyib.

“Biz belə hadisələrin baş verə biləcəyi ehtimalından xəbərdar idik. Əslində bu hadisə bizim mövqelərimizə təsir etmədi. Çünki biz Dnepr çayının necə su altında qalacağını başa düşdük. Ona görə də sağ sahilin soldan daha yüksək olduğunu nəzərə alsaq, mövqelərimizə dəyən ziyan minimaldır", – Qumenyuk deyib.

O, əlavə edib ki, xilasetmə əməliyyatlarına və insanların təxliyəsi prosesinə müdafiə qüvvələri də cəlb olunub.

Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.

Şəbnəm Mehdizadə