"Rusiya ordusu ötən gün ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 43 hava zərbəsi endirib"
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində bildirilib.
Məlumata görə, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 79 hücum təşkil edilib: "Mülki əhali arasında itkilər var".
Qeyd edilir ki, Ukraynanın hər yerində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.
Şəbnəm Mehdizadə
