Məzmuna keç

Məktəbli avtobusu qəzaya uğradı, 17 nəfər xəsarət aldı

Türkiyənin Kırıkkale şəhərində şagirdləri daşıyan avtobus avtomobillə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada 14-ü şagird olmaqla, 17 nəfər xəsarət alıb.

Təcili yardım maşınları ilə Kırıkkaledəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Şəhər Təhsil İdarəsinin müdiri Hayati Telefoncu və müdir müavini Həmzə Aygün xəstəxanada müalicə alan şagirdləri ziyarət edib.

Məlumata görə, qəza Sulakyurt orta məktəbinin şagirdləri Kırıkkale səfərindən sonra rayona qayıdarkən baş verib.

Şəbnəm Mehdizadə