Türkiyənin Zonquldak şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Həyatını itirən gənclərin əmioğlu olduqları bildirilib.
Xəsarət alan 2 sərnişinin müalicəsinin davam etdiyi, səhhətlərinin yaxşı olduğu qeyd olunub.
Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə
