Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda barəsində həbs qərarı çıxarılan 19 şübhəlidən 15-i saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi FETÖ terror təşkilatının fəaliyyətlərinin deşifrə edilməsi üçün araşdırmaya başlayıb. Aparılan araşdırmalar və aşkarlanan sübutlarla təşkilatla əlaqədə şübhəli bilinən 19 nəfər müəyyən edilib.
Eyni vaxtda müxtəlif ünvanlara keçirilən əməliyatlarda aralarında fəal həkimlər, tibb bacıları, vəzifədən kənarlaşdırılan hakim və müəllimlər də daxil olmaqla 15 şübhəli yaxalanıb.
Onlar ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.
Hazırda digər 4 şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
