Türkiyənin Samsun şəhərində iki tramvay toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırmalara başlayıb.



Şəbnəm Mehdizadə
