Məzmuna keç

İspaniyada məhkəmə işçilərinin tətilinə görə 1 milyona yaxın proses təxirə salınıb

İspaniyada məhkəmə işçilərinin tətil etməsi ölkədə 1 milyona yaxın məhkəmə prosesinin təxirə salınmasna səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, maaşların artırılması tələbilə keçirilən tətil 45 min işçini əhatə edir

Ədliyyə naziri Pilar Llop və dövlət katibi Tontxu Rodrigezlə indiyə qədər aparılan danışıqlardan heç bir nəticə verməyib.

Məhkəmə işçiləri proseslərin təxrinə salınmasına görə sol koalisiya hökumətinin məsuliyyət daşıdığını bildirirlər.

Aksiyalara görə son üç ayda ölkədə boşanmaların sayının əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azaldığı bildirilir.

“Danışıqsız razılaşma ola bilməz” deyən həmkarlar ittifaqları aylıq maaşlarda 430 avroluq artım istəyirlər.

Digər tərəfdən, etirazlar çərçivəsində iyunun 7-də məhkəmə işçilərindən ibarət kiçik bir qrup Ədliyyə Nazirliyindəki otağa qapanıb. Nazirlik etirazçılara çöldən yemək gətirilməsinə də qadağa qoyub.

Şəbnəm Mehdizadə