"Ukraynanın şərqi cəbhə xəttində hərbi əməliyyatların episentri olaraq qalır və Baxmut istiqamətinin bir neçə sektorunda aktiv əməliyyatlar davam edir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O qeyd edib ki, cəbhənin bütün sahələrində vəziyyət gərgindir. Malyarın sözlərinə görə, ruslar əsas səylərini ağır döyüşlərin davam etdiyi Limans, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərinə yönəltməkdə davam edir.
"Həmçinin bütün istiqamətlərdə rus işğalçıları havadan zərbələr endirir, artilleriya və minaatanlardan atəşə tuturlar. Lakin düşmən öz məqsədlərinə nail ola bilmir. Müdafiəçilərimiz hücumları dəf edirlər. Eyni zamanda, Baxmut istiqamətində ruslar ehtiyatlar hazırlayır və öz mövqelərini qorumağa çalışırlar. Onlar hücum etməyə cəhdlər edir, lakin uğursuz olur. İndi müdafiəçilərimiz Baxmut istiqamətində bir neçə sahədə fəal döyüşürlər", – nazir müavini vurğulayıb.
Bundan əlavə, o bildirib ki, ölkənin cənubunda Zaporojye istiqamətində rus qoşunları müdafiə əməliyyatları aparır: "Orada mövqe döyüşləri davam edir".
Şəbnəm Mehdizadə
